Bakıda pedofil taksi sürücüsü peyda olub? - GÖRÜN HANSI TAKSİ ŞİRKƏTİNDƏDİR!

Bakıda pedofil taksi sürücüsü peyda olub? - GÖRÜN HANSI TAKSİ ŞİRKƏTİNDƏDİR!
Sosial şəbəkələrdə "Salam Baku 9933” taksi xidmətinin fəaliyyətinə dair qeyri-etik məlumat yayılıb. 

İzləyicilər iddia edir ki, sözügedən taksi xidmətindən istifadə edərkən biabırçı hadisəyə yol verilib. 

Belə ki, bir nəfər qadının 15 yaşlı oğlu "Salam Baku 9933” taksi xidmətindən yararlanmaq istəyib. Təxminən 27 yaşlarında olan taksi sürücüsü oğlana porno-videolar göstərməyə başlayıb. Daha sonra qeyri-etik suallar verib. Hətta daha da irəli gedərək, ona seksual xarakterli hərəkətlər edib.

"Yaxşı ki, uşaq bəhanə tapıb, yaxınlıqdakı marketdən nəsə almaq istədiyini deyib və beləliklə də aradan çıxa bilib. Həmin şərəfsiz sürücüyə polis bölməsində yaxşı qulaqburması veriblər, maşınını isə cərimə meydançasına göndəriblər. Hər şey salamatlıqla başa çatıb. Oğlan qaydasındadır, amma bir az psixoloji zərbə alıb. Valideynlər, ehtiyatlı olun. Gözünüzü dörd açın və çalışın ki, uşaqlarınız sizinlə səmimi olsun, hər şeyi bölüşə bilsin”.

İddianın ciddiliyini nəzərə alıb, qarşı tərəfin də mövqeyini öyrənmək qərarına gəldik. 

"Salam Baku” şirkətlər qrupunun icraçı direktoru Anar Ağayev BiG.AZ-a açıqlamasında şikayətdən xəbərdar olduğunu söylədi. 

Əlavə etdi ki, həmin şikayətçinin koordinatları axtarılır ki, məsələ araşdırılsın:

"Bakıda fəaliyyət göstərən taksi xidmətlərinin sayı 46-dır. Bu da böyük bir rəqabət deməkdir. Bilirsiniz ki, bizdə qiymətlər çox aşağıdır. Şikayətçi olan adamı biz də axtarırıq, hətta məsələ ilə bağlı Baş Prokurorluğa, DİN-ə müraciət edəcəyik. Bizim nüfuzumuza xələl gətirmək istəyirlər”.

A.Ağayev sürücüləri işə götürmək prinsiplərindən də söhbət açıb. Deyib ki, iş üçün onlara müraciət edən adamlar yaşayış yerindən və psixoloji durumları ilə bağlı xəstəxana arayışı təqdim edirlər.

"Onlarla söhbət edirik, psixoloji durumları ilə tanış oluruq. Bundan sonra onlara xüsusi təlim keçir, müştərilərlə davranış qaydalarını öyrədirik. Daha sonra geyimlə təmin edib, işə götürürük. Düşünürəm ki, həmin şikayət qərəzlidir, məsələnin sonuna kimi gedib, həll olunmasına çalışacağıq”, - deyə A.Ağayev sonda əlavə edib.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR