Cəmilə İsmayılzadəyə Qarabağ Universitetində vəzifə verildi

Cəmilə İsmayılzadəyə Qarabağ Universitetində vəzifə verildi
Kateqoriya məlum deyil
T

Cəmilə İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Sfera.az xəbər verir ki, bu barədə rektor Şahin Bayramov müvafiq əmr imzalayıb.

C.İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Almaniyada alıb.

O bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan-Fransız Universitetində (UFAZ), Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.

PAYLAŞ