"Çilek kokusu"nun qəhrəmanları "sevgili olmasaydıq belə ..." - fotolar
Kateqoriya məlum deyil
“Çilek kokusu” serialının baş rol ifaçıları Yusuf Çim və Demet Özdemir serialdakı sevgilərini real həyatda da yaşayırlar.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, birlikdə görüntülənən çütlük serialın final etməsi səbəbi ilə üzüldüklərini bildiriblər. Onlar müxbirlərin "Real həyatda sevgili olmağınız serialdakı rolunuza təsir etdimi?" sualına "Biz peşəkar oyunçularıq. Hökmən həqiqət olmasına ehtiyac yoxdur. Sevgili olmasaydıq belə yenə eyni duyğunu hiss etdirərdik" cavabını veriblər.






