Feysbukdan “erməni soyqırımı”na dəstək

Cəmiyyət
17:55 / 16.05.2017
867
Feysbuk qondarma erməni soyqırımını təbliğ edir.
Sfera.az xəbər verir ki, Feysbuk sosial şəbəkəsində "bəyən” düyməsinə əlavə edilən gül istifadəçilər arasında böyük marağa səbəb olub.
Analar günü münasibətiylə minnətdarlıq simvolu adı altında yaradılan bu gül əslində qondarma erməni soyqırımının simvolu olan "unutma məni” çiçəyinə çox bənzəyir. Bənövşəyi rəng olan bu çiçək bütün dünyada "erməni soyqırımı”nın simvolu olaraq tanınır.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri də Feysbukun qondarma erməni soyqırımını təbliğ etdiyini iddia edirlər.
Sfera.az