Logo

Kamran Əliyev: "Sürücülər mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər" - Açıqlama

Kamran Əliyev: "Sürücülər mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər" - Açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"İstənilən halda nəqliyyatın hərəkətində ara-sıra sıxlıq yarana bilər. Çünki saat 22:00-dən rayon qeydiyyatında olan avtomobillərin buraxılışına icazə verilirsə, nəqliyyat vasitələrinin hamısı birdən hərəkətə başlayırlar".

Bu sözləri Sfera.az-a danışarkən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Kamran Əliyevin sözlərinə görə, bu günlərdə nəqliyyat vasitələrinin Bakı şəhərində və müəyyən küçələr üzrə hərəkətində məhdudiyyətlər yaranıb:

"Bu da sarı rəngdə xüsusi zolaqların çəkilməsi ilə bağlıdır. Sürücülər IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi ərəfədə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər. Axşam saat 22:00-dən səhər saat 07:00-yə qədər istənilən rayon qeydiyyatında olan avtomobillər şəhərə buraxılır və buraxılmasında da heç bir problem yaranmır", - deyə o bildirib.

Gülnarə Eynullaqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR