Rusiyada polis yataqxanaya basqın etdi - 20 türk tələbə həbs olundu
Kateqoriya məlum deyil
Rusiya- Türkiyə arasında baş verən gərginlik səngimək bilmir.
Sfera.az Hüriyyet-ə istinadən xəbər verir ki, polis əməkdaşları Saratov şəhərində türk tələbələrin qaldığı yataqxanaya basqın edib.
Saratov Dövlət Universitetində təhsil alan 100 türk tələbə sorğu-sual edilib, şəxsiyyət vəsiqələri yoxlanılıb.
Tələbələrin sözlərinə görə, onlara zorla müxtəlif sənədlərə imza atdırıblar.
Nakotik istifadəsində şübhəli bilinən 20 türk tələbə həbs olunub.






