Gömrükdə əməliyyat: Mədəsindən 125 qram heroin çıxıb
Kateqoriya məlum deyil
Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan Sfera.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Sfera.az






