Səhər saat 8 radələrindən başlayaraq Lənkəran rayonuna dolu yağıb. İri buz parçaları rayon ətrafını ağa bürüyüb.
Sfera.az "Xəzər TV"yə istinadən verir ki, qəfildən başlayan dolu 10 dəqiqəyə yaxın yağaraq, daha sonra güclü ildırım çaxması ilə müşahidə olunub. Nəticədə təsərrüfatlarda yeni əkilən tərəvəz bitkilərinə ziyan dəyib. Dolunun hansi ərazilərə daha çox ziyan vurduğu dəqiqləşdirilir.






