Logo

Bu müəllimlərin maaşı artırıldı ŞAD XƏBƏR - VİDEO

Bu müəllimlərin maaşı artırıldı ŞAD XƏBƏR - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nazirlər Kabineti "büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" qərarına dəyişiklik edib. Dəyişikliklə həmin prosesə təlim-tədrisçi kimi cəlb edilənlərin saathesabı maaşı artırılıb.

Daha bir qrup müəllimin maaşı artırılıb. Nazirlər kabinetinin qərarı ilə maaşı artan müəllimlər dövlət büdcəsindən maliyələşən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasında iştirak edənlərdir.

Qərara əsasən bütün tipdən olan ümumtəhsil və peşə məktəblərinin, gimnaziya, lisey və digər təlim-tərbiyə ocaqlarının, orta ixtisas məktəblərinin, bunlara bərabər tutulan digər təhsil müəssisələrinin uşaqları, şagirdləri, tələbələri, orta ixtisas təhsilli mütəxəssislərin ixtisasartırma kurslarının dinləyiciləri, fəhlələri üçün tədris məşğələləri aparanlara saathesabı ödənilən məbləğ artırılıb.

Bu təhsil müəssisələrində işləyən professor, elmlər doktoru üçün saathesabı ödənilən məbləğ 4 manat 40 qəpikdən, 4 manat 85 qəpiyə, dosent, fəlsəfə doktorları üçün 2 manat 90 qəpikdən, 3 manat 20 qəpiyə, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 2 manat 25 qəpikdən, 2 manat 50 qəpiyə çatdırılıb.

Hərbi, milli təhlükəsizlik kimi xüsusi təyinatlı təhsil müəssisələrinin professorları, elmlər doktorları üçün saathesabı 55 qəpik, dosent, fəlsəfə doktoru üçün 40 qəpik, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 25 qəpik artırılıb.

Aspirantlar, ali təhsilli rəhbər işçilərin və mütəxəssislərin ixtisasartırma kurslarının dinləyicilərinə dərs deyən professor, elmlər doktoru üçün məbləğ 6 manat 95 qəpiyə, dosent, fəlsəfə doktorları üçün 4 manat 85 qəpiyə, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 3 manat 20 qəpik olacaq.

Tədris məşğələlərinin aparılmasında iştirak naturaçıların da saat hesabı ödənişləri artırılıb. Əməyin saat hesabı ödənilmə məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Əməyin saat hesabı ödənilmə məbləğləri mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR