Logo

Bakıda yeraltı dayanacaq tikilir - FOTO

Bakıda yeraltı dayanacaq tikilir - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakının Nizami rayonunda, "8-ci kilometr" bazarının yaxınlığında,

Naxçıvanski və Elşən Süleymanov küçələrinin kəsişməsində yeraltı dayanacaq tikilir.

Sfera.az Day.Az-a istinadən bildirir ki, bu barədə Nizami Rayon İcra

Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov deyib. Onun

sözlərinə görə, yeraltı dayanacağın üzərində biznes-mərkəz inşa oluna bilər.

"Burada park olmayacaq. Dayanacağın neçə avtomobil üçün hesablandığı

barədə məndə məlumat yoxdur".

Dayanacağın bu il istifadəyə verilməsi nəzərdə tutulmayıb.

Qara Qarayev prospektində isə yerüstü dayanacaq olacaq.

Layihəyə görə, 6-mərtəbəli dayanacağın hündürlüyü 21,3 metr, uzunu 57,6

metr, eni 41,4 metr təşkil ediləcək. İnşasına 2013-cü ilin aprelində başlanmış

dayanacaq 200 avtomobil üçün nəzərdə tutulub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR