Logo

Sevincindən xəstəxanalıq oldu - İslamiadada

Sevincindən xəstəxanalıq oldu - İslamiadada
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.

Sfera.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə kamerun mətbuatı xəbər yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.

Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib.

Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.

Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR