15 ildir ki, kameralardan qaçan Orhan Gencebayın həyat yoldaşı görüntüləndi Gözəl qadındır - FOTOLAR
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Orhan Gencebayın ilk həyat yoldaşı Azize Gencebay, 15 il aradan sonra ilk dəfə görüntülənib.70-ci illərin əvvəlində "Ağ Kəpənəklər"qrupunun solistliyini etdiyi dövrdə Orhan Gencebayla tanış olub həyatını birləşdirən Azize Gencebay, müğənni Linet və 'O Ses Türkiye "yarışmasıyla tanınan Azizlə ötən axşam bir məkanda bir araya gəlib.Azize Gencebay, məkan çıxışı obyektivlərə poza verib. Jurnalistlərin suallarını cavablandıran Azize Gencebay, "Çoxdandır ki, çölə çıxmıram. Öz dünyamda çox xoşbəxtəm. Musiqiyə ara verdim, lakin bir iki konsert ola bilər"- deyə danışıb.
Ayrılıq sonrası Orhan Gencebaya hər hansı bir küskünlüyüm olmadığını bildirən Azize Gencebay, "O hər kəsin atası olduğu kimi bizim də atamız. Uşağımın atasıdır. Hər vaxt Sevim Xanıma və Orhan Bəyə hörmət edirəm" dedi. Hələ də Orhan Gencebayın rəsmi nikahlı həyat yoldaşı olduğu deyilən Azize Gencebay, "Yox elə bir şey" deyə cavab verib. Gencebay soyadını dəyişdirməyi düşünmədiyini söyləyən Azize Gencebay, "Nəticədə ortaq bir uşağımız var. Belə bir şey düşünmədim" formasında cavab verib.






