Sabahkı açılış mərasimində nələr olacaq? Azərbaycan bir tarix yazacaq - VİDEO
Gözlənilən an yetişir. Sabah IV İslam Oyunları start götürür. Onu deyə bilərik ki, açılış mərasimi gözqamaşdırıcı olacaq. Bilet almağa tələsin. Çünki, sabah həyəcanın və zövqün tək ünanı bakı olimpia stadionunu olacaq. Açılış mərasimində sizi nələr gözləyəcək?. Sürpiriz pozulmasın deyə gəlin qısaca nəzər yetirək.
Səhəng daşıyan qız və saat mexanizmləri zamanın yetişdiyini göstərəcək. Azərbaycan bayrağı dalğalandıqdan sonra cəngavərlər at belində qılınc oynadacaqlar
IV İslam Oyunlarının açılış mərasimi gözqamaşdırıcı olacaq. Səhnəcik, qonaqları qarşılayan qızcığazın üzərində qurulub. Yüklü dəvələr, sülh quşları birlik və həmrəyliyə səsləyəcək.
Natiq ritm qrupu bu dəfə də əsrarəngiz ifaları ilə fərqlənəcək. Xalq artisti Alim Qasımov isə yenə dünyaya səs salacaq.
İdmanı, elmi, birliyi, qədimliyi və məğrurluğu özündə ehtiva etdiyini əks elətdirmək üçün səhnə, kitablarla bəzədiləcək. İştirakçı ölkələrin səlnamələrinə səhnəciklərlə nəzər yetiriləcək.
Sabah bütün dünyanın gözü Paytaxt Bakıya yönələcək. Sabah Azərbaycan bir tarix yazacaq.






