Bakıda bu ərazilərdə qaz olmayacaq

Bakıda bu ərazilərdə qaz olmayacaq
Kateqoriya məlum deyil
T

Bu gün Bakının bir hissəsində qaz olmayacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilir ki, aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

PAYLAŞ