Bu içkilərin reklamı aparılmamalıdır - Deputatdan ETİRAZ

Bu içkilərin reklamı aparılmamalıdır - Deputatdan ETİRAZ
Kateqoriya məlum deyil
T

"Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır".

Sfera.az xəbər verir ki, bunu Milli Məcisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

“Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”, - millət vəkili qeyd edib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ