Bəzi pasiyentlər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq

Kateqoriya məlum deyil
T
Bəzi şəxslər digər pasiyentlərdən təcrid vəziyyətində müalicə olunacaq.
Sfera.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Psixiatriya yardımı haqqında" qanuna dəyişiklik təklif edilib. Qanunun 12.3 maddəsinə edilən təklifə əsasən, tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslər bu Qanunun 23-cü maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Qanunun 12.4 maddəsinə nəzərdə tutulan təklifə əsasən tibbi xarakterli məcburi tədbirlərə cəlb edilən şəxslərin stasionar müalicəsi digər pasiyentlərdən təcrid olunmaqla aparılır.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Firuzə Əliyeva
