"DİM imtahanlarda istifadə olunan test tapşırıqlarına pul xərcləməyib" - Ekspert

Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib. İmtahandaII ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
Məsələni Sfera.az-a şərh edən təhsil üzrə ekspert Kamran Əsədovbildirib ki, DİM ehtimalları doğrultmadı:
"Bu ildən etibarən DİM qəbul imtahanlarında hər bir abituriyentə iki dəfə iştirak etmək şansı verdi. Bu zaman müəyyən qaranlıq məqamlar ortaya çıxdı. Belə ki, imtahanda iştirak edən və keçid balını toplayan abituriyentlər hələ orta məktəbi bitirmədiklərinə görə, qarşıda onları buraxılış imtahanları gözləyir. Ola bilər ki, həmən şəxslər buraxlış imtahanından və oxuduqları məktəbdən buraxılış fənnlərindən iki qiymət alsınlar. Bu zaman onlar qazandıqları tələbə adından məhrum olacaqlar. Digər bir yenilik isə ondan ibarət idi ki, qəbul imtahanları tədris ili başa çatmadan, aprel ayının sonu, may ayının əvvəlində baş tutdu. Təhsil adamları düşünürdü ki, bu zaman qəbul imtahanlarında istifadə olunacaq test tapşırıqları şagirdlərin orta məktəblərdə keçdikləri dərslərə qədər düşəcəkdir. Lakin geridə qalmış qəbul imtahanları göstərdi ki, DİM bu ehtimalları doğrultmadı. Belə ki, cari ildə keçrilən qəbul imtahanlarında bütün ixtisas quruplarına daxil olan fənnlərdən istifadə olunmuş test tapşırıqlarından azı ikisi indiyə qədər keçirilməyən, tədris proqramında mayın sonu, iyunun əvvəllərində nəzərdə tutulan mövzulardır. Belə olan halda çox maraqlı bir vəziyyət yaranır. Bu il, 2017-2018-ci il üçün keçrilən qəbul imtahanlarında I ixtisas qrupu üzrə 5 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə isə 1 abituriyent , IV ixtisas qrupu üzrə isə 2 abituriyent hal-hazırda orta məktəbdə oxumasına və tədris proqramını bitirməməsinə baxmayaraq bütün mövzulardan təqdim olunmuş test tapşırıqlarına doğru cavab verib. Əlbətdə ki, abituriyentlərin yüksək bal toplaması sevindirici haldır. Amma bu onu göstərir ki, qəbul imtahanlarında iştirak edən iddiaçılar imtahanda orta məktrəbdə əldə etdikləri biliklərlə yox, məktəbdən kənar, repititor yanında mənimsədikləri biliklərlə iştirak edirlər. Çünki cavab verdikləri test tapşırıqlarının mövzuları hələ onlara tədris olunmayıb, keçirilməyib. Bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqlarının ağırlıq dərəcəsi əvvəlki illərlə müqyisədə dəfələrlə aşağı idi. Belə demək mümkündür ki, DİM qəbul imtahanlarındakı test tapşırıqlarını süni şəkildə asanlaşdırıb. Belə ki, bütün ixtisas qurupları üzrə istifadə olunmuş test tapşırıqları 2014, 2015, 2016- cı illərdə qəbul və sınaq imtahanalrında istifadə olunub. Orta hazırlıqlı abituriyentlər isə bu suallarla çox yaxından tanış idilər. Bu onu göstərir ki, DİM bu ilki qəbul imtahanalarında istifadə olunan test tapşırıqlarına heç bir pul xərcləməyib. Əvvəlki illərin test tapşırıqlarının xərcləri də dövlət büdcəsinin vəsaiti hesabına ödənib".
Ekspert Nabatəli Pələngovun sözlərinə görə, DİM-in dərs müddəti yekunlaşmamış qəbul imtahanı keçirməsi təqdirə layiq deyil:
"Hesab edirəm ki, həm doğrudur, həm də yalnış. Bir sözlə elə də faciə törədmir. Doğrudur ona görə ki, məktəbdə bu vaxta qədər bütün dərslik proqramları keçirilib və təkrarlar başlayıb. Prezidentin göstərişinə əsasən Təhsil nazirinin əmri ilə qərar qəbul edildi ki, şagirdin aldığı qiymətdən asılı olmayaraq, hər kəsə atestat veriləcək. Yəni bu da qəbul imtahanının dərs müddətində keçirilməsi heç bir maneə törədə bilməz. Bu sosial məsələdir. Buraxılış imtahanında iki qiyməti alan şagirdə də atestat verilir, beş alana da. Qəbul prosesinin ənənnəyə uyğun olaraq aparılması təqdirə layiqdir. Yəni dərs ilinin bütövlükdə başa çatdıqdan sonra qəbul imtahanların hər il olduğu kimi eyni qayda da keçirilməsi daha yaxşıdır”.
Gülnarə Eynullaqızı
Sfera.az