Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
Kateqoriya məlum deyil
T

Sabah Masallı və Astara rayonlarının bəzi yaşayış məntəqələrində təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

Sfera.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində aparılan təmir-bərpa işləri ilə əlaqədar iyunun 30-da saat 10:00-dan işlər başa çatanadək Masallı rayonunun Hişkədərə, Astara rayonunun isə Pensər, Kakalos, Bala Şahağacı və Qamışoba kəndlərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

PAYLAŞ