İmişlidə ağacəkmə kompaniyası keçirildi

İmişlidə ağacəkmə kompaniyası keçirildi
Müxtəlif növ ağac və gül kolları əkilmişdir.

Ulu öndərin 94-cü il dönümü münasibəti ilə Heydər Əliyev parkında və rayonun bir sıra küçə və prospektində müxtəlif növ ağac və gül kollarının əkilməsi kompaniyası həyata keçirilmişdir.Rayon içtimaətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının  əməkdaşları,ziyalılar,təhsil,səhiyyə,mədəniyyət işçiləri ilə birlikdə sıravi rayon sakinləri də bu tədbirdə böyük həvəslə iştirak etmişdir.
Tədbir iştirakçılarına İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev Ümummilli liderin tarixi xidmətlərindən danışmışdır. Bildirmişdir ki,müstəqil dövlətimizin qurucusu və memarı olan Ulu öndərin xalqımız qarşısında xidmətləri daim xatırlanır və heç zaman unudulmur. Təməli Ulu öndər tərəfindən qoyulan və prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalqımız böyük uğurlar əldə edib. Bu gün nəticəsini gördüyümüz bütün uğurlu işlərin təməli Umümmili liderimiz tərəfindən qoyulub.
      
Daha sonra tədbir iştirakçıları məktəblilərin gül ləçəklərindən düzəltdikləri əl işlərinə  baxmışdırlar.
 
Sfera.az






OXŞAR XƏBƏRLƏR

Elmi tədqiqatlarda da süni intellektdən istifadə ediləcək

Yeni araşdırmalara görə, süni intellekt artıq yalnız texniki vasitə deyil, elmi tədqiqatların bütün mərhələlərində fəal iştirak edən tərəfdaş rolunu oynamağa ba...

Lama qanından alınan zülal bu xəstəliyin dərmanı olacaq

Fransız alimlərinin apardığı yeni araşdırma lama qanından əldə edilən nanobadi adlı zülalın şizofreniyanın müalicəsində potensial vasitə ola biləcəyini ortaya q...

“Turan Tovuz”un yeni transferi

“Turan Tovuz” yeni transfer həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir.   Məlum...

Bayat çörəyi torpağa basdırın - SƏBƏBİ

Çörək evlərdə ən çox israf edilən qidalardandır. Xüsusilə bayat çörək tez-tez atılır. Onu atmaq əvəzinə torpağa basdırmaqla gözəl təbii gübrəyə çevirə bilərsini...

Ürək xəstələrinin diqqətinə: Sabah təhlükəli ola bilər

Həftə sonu günəş aktivliyinin artması gözlənilir.   Sfera.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının Kosmik Hava Proqnoz...

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...