İpoteka ilə ev almaq istəyənlərə - ŞAD XƏBƏR

İpoteka ilə ev almaq istəyənlərə - ŞAD XƏBƏR

Bir müddət idi ki, ipoteka kreditlərinin verilməsi dayandırılmışdı. Artıq banklar tərəfindən verilən kreditlər bərpa edilib. Vətəndaşlar adi və sosial ipoteka kreditlərini əldə edə bilərlər.

Kommersiya bankları tərəfindən dövlət xətti ilə adi və sosial ipoteka kreditlərinin ödənilməsi davam etdirilir.Mərkəzi Bankdan verilən məlumata görə, uzun fasilədən sonra bu il vətəndaşlara banklar tərəfindən 37,5 mln. manatlıq ipoteka krediti verilib.

Bu il ərzində ən çox ipoteka krediti mart ayında təqdim edilib. Belə ki,bu ilin mart ayında banklar tərəfindən verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63 dəfə və ya 12,4 mln. manat artıb.

Adi ipoteka kreditlərinin verilməsi üçün Azərbaycan İpoteka fondu tərəfindən buraxılan istiqrazların satılması şərtdir.

İpoteka kreditlərinin verilməsinin bərpa edilməsi bank sektorunda ötən illə müqayisədə bu il stabilləşmənin müşahidə edilməsidir.

Bu ilin aprelin 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 41 min manat olub.


OXŞAR XƏBƏRLƏR

Oğlan valideynləri qız gözləyirdilər: Baş verəcəklərə hazır deyildilər

Artıq üç oğul böyüdən 32 yaşlı Delaver sakini (ABŞ) Lindsi Wiley dördüncü dəfə hamilə qalmaq qərarına gəlib - bu dəfə ailənin çoxdan gözlənilən qızı olacağı ümi...

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...