Logo

Bakı-Şamaxı-Yevlax magistralı bağlanıb

Bakı-Şamaxı-Yevlax magistralı bağlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ağdaş rayonunda güclü külək fəsadlar törədib.

Sfera.az report.az-a istinadən bildirir ki, rayon ərazisində elektrik və rabitə dirəklərinin, eyni zamanda naqillərin sıradan çıxması səbəbi ilə elektrik enerjisinin verilişi dayanıb. Bundan başqa güclü külək iri gövdəli ağaclar aşaraq Bakı-Şamaxı-Yevlax magistralının rayonun Xosrov kəndi ərazisindən keçən hissəsini hər iki istiqamətdən bağlayıb. Rayonun Aralbir kəndi ərazisində yerləşən istixanaların dam örtüyü, fərdi yaşayış evlərinin daş hasarları və dam örtüklərinə ziyan dəyib.

Hazırda Ağdaş rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ərazilərə baxış keçirir və dəyən ziyan dəqiqləşdirilir.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR