Sərxoş sürücü polislə mübahisə etdi - Foto/Yeniləndi
Baş verən hadisəyə təəssüflənmək yerinə, itən telefonunun hayına qalan bu sürücü paytaxtın Nəsimi rayonu, Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qəza törədib.
Sfer.az ARB TV-yə istinadla xəbər verir ki, sərxoş vəziyyətdə olan 51 yaşlı Telman Hesynovun idarə etdiyi "BMV" markalı maşın yolda olan digər bir minik maşınına çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da avtomobillərə ziyan dəyib. Əraziyə gələn yol patrul xidmətinin əməkdaşları sürücünü sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə aparmaq istəsələr də Telman Hüseynov buna mane olub.
Sürücü: "Mən içmişəm. Həkim məndən artıq adamdır? Mən deyirəm ki, içmişəm. Sən cəriməni yaz tikək. Tikə bilmirsənsə mən tikim".
Faktla bağlı araşdırma aparılır.
10:39
Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Sfer.az report-a istinadən xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində "Opel" markalı avtomobil ilə BMW toqquşub. Hazırda qəza yerinə polis əməkdaşları cəlb olunub.
Dövlət Yol Polisi əməkdaşının məlumatına görə, qəzaya BMW markalı minik avtomobilinin sərxoş vəziyyətdə maşın idarə edən 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub. O, sərxoşluğun müəyyən edilməsi üçün tibb müəssisəsinə getməkdən imtina edib və nəticədə tərəflər arasında mübahisə yaranıb. Sonda T.Hüseynov məcburi qaydada müvafiq tibb müəssisəsinə aparılıb.
09:20
Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.
Sfer.az report-a istinadən xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə nəticəsində "Opel" markalı avtomobillə "BMW" toqquşub. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Polisin məlumatına görə, qəzaya "BMW" markalı minik avtomobilinin sərxoş vəziyyətdə olan 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub.
Sfer.az






