Rusiya Türkiyənin çörək zavodunu bombaladı - SON görüntülər - VİDEO
Cəmiyyət
07:33 / 01.12.2015
1094
Rusiya hərbi təyyarələri Türkiyənin BMT tərəfindən tanınmış məşhur yardım təşkilatı İHH-nın (İnsani Yardım Təşkilatı) Suriyada dinc əhaliyə kömək məqsədi ilə inşa etdiyi çörək zavodunu bombalayıb. Bu haqda İHH-nın "Twitter" hesabından məlumat yayılıb. Məlumata görə, çörək zavodu Suriya müxaliflərinin nəzarətindəki İdlib bölgəsinin Serap mahalında yerləşirmiş.
Təşkilat bombardmanın videosunu da paylaşıb. Vurulan çörək zavodunda gündəlik 50 min adam üçün 16 min çörək bişirilərək, pulsuz paylanırmış. Rusiya Suriyadakı bombardımanlarının İŞİD-ə qarşı olduğunu iddia edir. Lakin bu ərazidə İŞİD-in mövqeləri yerləşmir.
Qeyd edək ki, İHH Azərbaycanda da yaxşı tanınır. Təşkilat Qarabağ müharibəsi zamanı Azərbaycana da humanitar yardım gətirib. Bundan əlavə İHH Azərbaycanda 400 kimsəsiz uşağa aylıq yardım edir. Bir neçə il bundan öncə isə Gəncədəki kimsəsiz uşaqlar evi İHH tərəfindən təmir edilib. Ötən ilin fevralında İHH İstanbulda Xocalı simpoziumu təşkil etmişdi.
sia.az