ANS-ə növbəti zərbə - Video
Kateqoriya məlum deyil
Bu dəfə kanalın loqosu silindi.
Sfera.az xəbər verir ki, "Arb24” telekanalının "Həftəlik” verilişində Milli Qəhrəman Albert Aqarunov haqqında süjet yayımlanıb.Albert Aqarunovla müsahibə 1992-ci ildə ANS telekanalının əməkdaşları, Vahid Mustafayev və Mirşahin Ağayev tərəfindən alınıb və bu müsahibənin müəlliflik hüququ ANS telekanalına məxsusdur. Lakin dünənki verilişdə bu hüquq kobud surətdə pozulub, süjetdən "ANS”in loqosu silinib, müsahibənin ANS-in əməkdaşları tərəfindən alındığı bildirilməyib.
Süjeti təqdim edirik:
Video görüntünün orijinali, ANS-in arxivindən:
Halbuki özünü peşəkar jurnalist hesab edən hər bir kəs bu qaydalara mütləq əməl etməlidir.
Məsələ ilə əlaqədar "Arb24” telekanalı ilə əlaqə saxladıq. Bizə, hazırda suallarımızı cavablandıra biləcək bir səlahiyyətli şəxsin olmadığını bildirdilər, sabah yenidən zəng etməyi tövsiyə etdilər.
Qeyd edək ki, mövzunu davam etdirəcəyik..
mənbə: istipress






