Azərbaycanda güclü külək gözlənilir - Xəbərdarlıq

Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin saytında dərc olunan məlumata əsasən, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan edilib.
Bakıda və Abşeron yarımadasında, həmçinin Mingəçevir, Gəncə, Ağstafa, Qazax, Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Salyan, Şirvan, Şabran, Xızı və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 20.8-28.4 m/san-dək güclənəcəyi bildirilib.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 13.9-20.7 m/san təşkil edəcəyi qeyd olunub.
