Bəzi tibb müəssisələrinin baş həkimlərinə XƏBƏRDARLIQ EDİLDİ

Bəzi tibb müəssisələrinin baş həkimlərinə XƏBƏRDARLIQ EDİLDİ

"Ötən il noyabrın 15-dən - əlilliyin qiymətləndirilməsində ekspertiza və reabilitasiya alt sisteminə keçiddən sonrakı 4 ayda əlilliyin təyini ilə bağlı tibb müəssisələrindən Tibbi-sosial ekspert komissiyalarına verilən göndərişlərin (F-088U) sayı, xüsusən, əsassız göndərişlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinə mart ayında eyni məzmunlu məktub daxil olub".

Sfera.az APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin  tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib. O bildirib ki, ötən müddətdə Tibbi-sosial ekspert komissiyalarına ümumi sayına görə ilk yeri tutan tibb müəssisələrindən - 131 min nəfər əhaliyə xidmət göstərən Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) 574, 31 nəfərə xidmət göstərən Ramana Birləşmiş Şəhər Xəstəxanasından (BŞX) 411, 95 min əhaliyə xidmət göstərən Balakən MRX-dən 385 "forma-088" verilib. 
 
"Hesablamalar göstərir ki, bir ayda hər 10 min nəfərə verilən "forma-088"lərin sayı 5-6-ya bərabərdir. Təəssüf ki, bəzi tibb müəssisələri orta göstəricilərdən 6-7 dəfə çox göndəriş verib. Bu müəssisələrin hesabına ölkə üzrə orta göstərici də yüksəlib. 2017-ci ilin yanvar ayında 21 saylı BŞX orta ölkə göstəricisini 7.9, 15 saylı şəhər poliklinikası (ŞP) 4.5, 22 syalı ŞP 4.1, Ağcabədi, Saatlı və Balakən rayonları isə təxminən 3 dəfə üstələyib. Bu tibb müəssisələrinin baş həkimlərinin hər biri yanvar ayında ayrı-ayrılıqda Tibbi-yardımın təşkili şöbəsinə dəvət olunub və onlara şifahi xəbərdarlıq edilib. Ağcabədi MRX Poliklinika şöbəsinin müdiri isə tutduğu vəzifədən azad olunub", - deyə şöbə müdiri əlavə edib.
 
G. Poladov qeyd edib ki, 3 aylıq dövrün təhlilinə əsasən, 21 BŞX orta ölkə göstəricisindən 7.9, 4 saylı ŞP 4.8, Ağcabədi MRX 4.6, 22 saylı ŞP 3,5 dəfə çox "forma-088" göndərib. Onun sözlərinə görə, araşdırılan müddətdə Bakı və Bakıətrafı qəsəbələrdə təxminən eyni sayda əhaliyə tibbi xidmət göstərən 31 saylı BŞX-dan cəmi 15, 24 saylı ŞP-dən 18, 11 saylı BŞX-dən 21, 19 saylı BŞX-dən 22 xəstəyə "forma -88" verilib. Şöbə müdiri vurğulayıb ki, Balakən MRX 55 xəstəyə 2 dəfə, 10 xəstəyə 3 dəfə, 1 xəstəyə hətta 5 dəfə, 21 saylı Ramana BŞX 48 xəstəyə 2 dəfə, 4 xəstəyə 3 dəfə, 1 xəstəyə isə 4 dəfə təkrar "forma-88" təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...