Lent.az-ın 18 yaşı tamam olur

Lent.az-ın 18 yaşı tamam olur
Kateqoriya məlum deyil
T

Bu gün Lent.az-ın fəaliyyətə başlamasından 18 il ötür.

Sfera.az xəbər verir ki, Lent.az resursu 2008-ci il iyunun 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Portal Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları barədə oçerk yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür.

Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, texnologiya kimi sahələr üzrə hər gün xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Sfera.az saytının kollektivi həmkarlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır!

PAYLAŞ