Nazirdən əlillik göstəricisi ilə bağlı AÇIQLAMA

Nazirdən əlillik göstəricisi ilə bağlı AÇIQLAMA

"Əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər va rayon mərkəzi xəstəxanalarında, həmçinin ambula­tor şəraitdə həyata keçirilməsini məqsədəuyğun hesab etdik".

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev nazirliyin kollegiya iclasında çıxış edərkən deyib.

Nazir əlilliyin və sağlamlıq imkanlarının məhhudluğunun qiymətləndirilməsi ilə bağlı tibb müəssisələrindəki vəziyyəti çox ciddi problem adlandırıb.

O.Şirəliyev əlilliklə bağlı göndərişlərin elektron formada verilməsinə keçdikdən sonra Tibbi-sosial ekspert komissiyalarına 21 minə qədər göndərişlə müraciət edildiyini, onlardan cəmi 8519 nəfərə əlillik verildiyini söyləyib. Nazir istər 8 248 göndərişdən imtina olunmasını, istərsə də 3 159 göndərişin düzgün doldurullmadığı üçün geri qaylarılmasını bu sahədə çalışan tibb mütəxəssisləri üçün mənfi hal kimi qiymətləndirib. "Forma 088"in həkim, şöbə müdiri, baş həkim tərəfindən düzgün doldurulmamasını "bisavadlıq" adlandıran səhiyyə naziri qeyd edib ki, bəzən düzgün yazılmadığına görə geri qaytarılan göndərişi növbəti dəfə yenidən səhv yazıb göndərirlər, hətta bu hal bir neçə dəfə təkrarlanr.

 

O.Şirəliyev əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində Səhiyyə Nazirliyi tərəfindən ciddi addımlar atıldığını, bu sahədə bir sıra əmrlər imzalandığını, tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb: "Səhiyyə Nazirliyinə daxil olan müraciətlərin araşdırılması zamanı vətəndaşlardan əksər hallarda tibb müəssisələri və Tibbi-sosial ekspert komissiyaları tərəfindən Bakı şəhərinin klilnik xəstəxanalarından stasionar müalicə barədə epikrizlərin tələb edilməsi halları müşahidə olunub. Əhalinin bu işdə rahatlığının təmini, həmçinin, Bakı şəhərinin klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə əlilliyin müəyyən edilməsi üçün müayinələrin Bakı şəhərinin klinikaları ilə yanaşı, ölkənin digər şəhər va rayon mərkəzi xəstəxanalarında, həmçinin ambula­tor şəraitdə həyata keçirilməsini məqsədəuyğun saydıq. Əgər əvvəl bir nəfər ekspertiza ilə məşğul olurdusa, məsuliyyəti artırmaq üçün səlahiyyəti baş həkimlərə verdik. Bunu etdik ki, qarşıya çıxan problemlər aradan qalxsın, xəstələr rayonlardan Bakıya göndərilməsin, kim həqiqətən xəstədirsə, əli, ayağı, gözü yoxdursa, süründürməçiliklə rastlaşmasın, yaşadığı yerdə müayinədan keçsin va göndəriş alsın. Digər tərəfdən əlil olmayan adam da əbəs yerə rayondan şəhər xəstəxanalarına göndərilməsin. Bu problemləri aradan qaldırdıq. Bəs, nəticə nə oldu?! Rəqəmlər artdı. Doğrudur, rayonlar arasında iqlim, iş şaraiti va s. cəhətdən müxtəlifliyə görə orta əlillik göstəricilərində müəyyən fərqlər ola bilər. Amma bir rayonun əlillik göstəricisi ölkə üzrə orta göstəricidən 7-8 dəfə artıq ola bilməz".


OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...