Logo

Metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək

Metro və xüsusi marşrut avtobusları saat 02.00-dək işləyəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri günlərində xüsusi marşrut avtobusları və metro stansiyaları gecə saat 02.00-a qədər fəaliyyət göstərəcək.

Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.
 
M. Ağayev deyib ki, 3 xüsusi ekspress marşrutu üzrə tamaşaçıların daşınması üçün 228 nəqliyyat vasitəsi ayrılıb: "Ehtiyac olarsa, ehtiyatda olan 90 avtobus da ekspress marşrutlara buraxılacaq. Tamaşaçılardan xahiş edirik ki, biletləri özləri ilə götürsünlər. Biletsiz sərnişinlər ekspress avtobuslardan pulsuz istifadə edə bilməyəcəklər".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR