Azərbaycanda 2 qardaş dəm qazından zəhərlənərək ölüb
Kateqoriya məlum deyil
Qobu qəsəbəsində yaşayan iki qardaş dəm qazından zəhərlənərək ölüb. Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Noyabrın 29-da Abşeron rayonunun Qobu qəsəbəsində yaşayan Yusif Babazadə və qardaşı Fərid evlərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırmalar aparılır.






