Bakıda it 3 yaşlı uşağın qulağını tamamilə qopardı - SON DURUM (YENİLƏNDİ)

Bakıda it 3 yaşlı uşağın qulağını tamamilə qopardı - SON DURUM (YENİLƏNDİ)

 

3 yaşlı Fəridə Babayevanın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyə şöbəsindən Publika.az-a onun ciddi prixoloji və fiziki travma aldığı bildirilib:

"Hadisə nəticəsində qızın xarici qulaq seyvanı sırğalığa kimi qopmuşdu. Lakin əməliyyat nəticəsində qulaq bərpa edildi. Kosmetik baxımdan gələcəkdə də, problem yaşamamasına çalışdıq. Bundan sonra, bizim işimiz vaxtaşırı müayinəsinin aparılmasıdır. Həmçinin xəstəxanaya gətirilən kimi quduzluq əleyhinə iynə də vurulub. Dişləyən heyvan ev iti olduğundan, peyvəndlərinin aparıldığını nəzərə alaraq quduzluq təhlükəsinin çox olmadığına ümid edirik”.

 ***

08:49

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb.

 Hadisə Binəqədi rayonunda, Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsinə qonaqlıq məclisinə gedən ailə azyaşlı övladı, 2014-cü il təvəllüdlü Babayeva Fəridə Fərid qızını həyətdə nəzarətsiz qoyub. Bu zaman həyətdəki it F. Babayevanın qulağını dişləyərək qoparıb.

Azyaşlı təcili xəstəxanaya çatdırılıb və reanimasiyaya yerləşdirilib. F.Babayevanın vəziyyəti orta-ağır qiymətləndirilir. (Report)


OXŞAR XƏBƏRLƏR