Günün qəhrəmanları... - FOTOLAR

Bu gün tarix, riyaziyyat, coğrafiya və informatika üzrə sertifikasiya imtahanları keçirilib.
Sfera.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, imtahandan yüksək nəticə əldə edən müəllimlərdən biri də görmə məhdudiyyəti olan tarix müəllimi Özal Muradovdur.

O, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsindən 55 bal toplayıb.
Qeyd edək ki, xüsusi təhsil müəssisəsinin məzunu olan Muradov Özal Arif oğlu 23 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. O, 2001-2013-cü illərdə 5 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün tam orta məktəbdə təhsil alıb.
Naxçıvanda ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin beşinci günündə tarix, riyaziyyat, coğrafiya, informatika müəllimləri iştirak edib.
Muxtar Respublika üzrə ən yüksək nəticəni isə Şərur rayon Muğanlı kənd tam orta məktəbinin tarix müəllimi Gözəl Rəhimova toplayıb.

Müəllimlərin sertifikatlaşdırılması prosesində Mil-Muğan regionu üzrə keçirilən növbəti imtahan günü maraqlı bir uğur hekayəsi ilə yadda qalıb. Belə ki, ana və qız eyni fənn – tarix üzrə imtahanda iştirak edərək yüksək nəticə əldə ediblər.

İmişli rayonunun Çaxırlı kənd tam orta məktəbinin tarix müəllimi Xuraman Kazımova və Əliyetməzli kənd tam orta məktəbinin tarix müəllimi Zümrüd Kazımlı yüksək bal toplayıblar.
İmtahanda könüllü iştirak edən Xuraman Kazımova 54 bal toplayıb. Onun qızı Zümrüd Kazımlı isə 53 bal nəticə göstərərək uğurlu müəllimlər sırasında yer alıb.
Ana və qız bildiriblər ki, sertifikasiya imtahanına birgə hazırlaşıblar.
