Ukraynadan Rusiyanın ən həssas sinir ucuna kritik zərbə

Ukraynadan Rusiyanın ən həssas sinir ucuna kritik zərbə
Kateqoriya məlum deyil
T

Ukraynanın iyunun 22-nə keçən gecə həyata keçirdiyi pilotsuz uçuş aparatı hücumlarından biri Rusiyanın ən mühüm kosmik rabitə obyektlərindən sayılan “Dubna” mərkəzini hədəf alıb.

Sfera.az xəbər verir ki, əvvəlcə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinin zərbə endirilən obyektlər sırasında olduğunu açıqlayıb. Daha sonra məlumat Rusiyanın “Kosmiçeskaya Svyaz” şirkəti tərəfindən də təsdiqlənib.

Şirkət bildirib ki, mərkəzə qarşı kütləvi PUA hücumu həyata keçirilib. Bununla belə, televiziya yayımı və rabitə xidmətlərinin fəaliyyətində pozuntu qeydə alınmadığı vurğulanıb.

Qeyd edək ki, “Dubna” Rusiyanın ən böyük kosmik rabitə stansiyalarından biri hesab olunur. Mərkəz peyk rabitəsi, televiziya və radio yayımı sistemlərinin fəaliyyətinin təmin edilməsində mühüm rol oynayır.

PAYLAŞ