Bunu etməyənlər İslamiadanın açılış və bağlanış mərasimlərinə buraxılmayacaq

Bunu etməyənlər İslamiadanın açılış və bağlanış mərasimlərinə buraxılmayacaq

IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində tamaşaçı kimi iştirak edəcək şəxslər mütləq qaydada ekspress xətt dayanacaqlarında avtobusa minərkən bilet və şəxsiyyətini təsdiq edən sənədi nəzarətçilərə təqdim etməlidirlər.

Bakı Nəqliyyat Agentliyindən Sfera.Az-a bildiriblər ki, bileti təqdim etməyən şəxslərin ekspress avtobuslarına minməsinə icazə verilməyəcək. Bileti onlayn əldə edən tamaşaçılardan isə bunu təsdiq edən sənədi təqdim etmək tələb edilir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri zamanı (müvafiq olaraq, 12 və 22 may tarixlərində) biletli tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması 3 seçilmiş istiqamətdən - metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarından ekspress xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək. Bunun üçün adı çəkilən metro stansiyalarının çıxışına yaxın ərazilərdə xüsusi dayanacaq məntəqələri yaradılacaq. Həmin dayanacaqlardan biletli tamaşaçıların daşınması prosesi saat 18:00-dan 20:30-dək davam edəcək. Açılış və bağlanış mərasimlərini izləmək istəyən biletli əlil tamaşaçılar metronun Gənclik stansiyası yaxınlığındakı dayanacaqdakı avtobuslardan istifadə edə bilər.

Məlumat üçün onu da qeyd edək ki, mayın 8-də keçiriləcək sınaq açılış mərasimi ilə əlaqədar H.Əliyev və Neftçilər prospektləri, eləcə də Y.Səfərov küçəsində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması şəhər sakinlərinin rahatlığı nəzərə alınmaqla təxirə salınıb.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...