Bakıda manyak peyda oldu: Məktəbli qızlara yaxınlaşır…

Bakıda manyak peyda oldu: Məktəbli qızlara yaxınlaşır…

Bakıda yeniyetmə qızların qarşısını kəsərək, əxlaqsızlıq edən manyak peyda olub.

Sfera.az xəbər verir ki, bu barədə axar.az-a adının açıqlanmasını istəməyən valideynlərdən biri məlumat verib. Valideyn bildirib ki, Xətai rayonunda, Ali Məhkəmənin yanında "keşik çəkən" manyak yaxınlıqda yerləşən məktəblərdən çıxan yeniyetmə qızların qarşısını kəsir, onlara əlində tutduğu planşetdəki əxlaqsız fotoları göstərməyə çalışır:

"Artıq 15 günə yaxındır ki, eyni hal təkrarlanır. Ötən gün məktəbli uşaqlardan biri manyakın bu qəfil hərəkətindən özünü necə itiribsə, avtomobillərin sürətlə hərəkət etdiyi prospektə çıxıb. Xoşbəxtlikdən, qəza baş verməyib. Valideyn olaraq çox narahatıq".

Valideynin sözlərinə görə, övladlarını qarşılamaq üçün artıq sözügedən əraziyə getməyə məcbur olublar:

"Yaxınlıqda növbə çəkən polislərə bu barədə məlumat verdik. Təəssüf ki, həmin vaxt manyak orada yox idi. Polislər isə foto və yaxud videofakt təqdim etməyimizin lazım olduğunu dedilər".

 
 
 
 
 
 

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arif sözügedən sayta açıqlamasında bildirdi ki, bu haqda rəsmi müraciət daxil olmayıb:

"Buna baxmayaraq, sizin müraciətiniz mütləq nəzərə alınacaq və ən qısa müddətdə müvafiq tədbirlər görüləcək".


OXŞAR XƏBƏRLƏR

İran ABŞ-yə cavab hazırlayır

“İran nüvə probleminin həlli ilə bağlı amerikalı nümayəndələrin Oman vasitəsilə göndərdiyi təklifə cavab hazırlayır”.   Sfera.az İnterfak...

Ərdoğan Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın paytaxtı Bakıda keçirilən 30-cu Bakı Enerji Həftəsinin açılışına müraciət ünvanlayıb.    Sfer...

Dünyanın ən dar şəhəri: Eni bir neçə metrdir – VİDEO

Çinin Yunnan əyalətində yerləşən Yanjin şəhəri “dünyanın ən dar şəhəri” kimi tanınır. İki nəhəng dağın arasında yerləşən və yalnız bir neçə metr enə...

Dənizdə yeni güc: İngiltərə sualtı qayıların sayını artıracaq

İngiltərə hökuməti müdafiə sahəsində yeni addım ataraq, yalnız hücum silahları ilə təchiz olunacaq və nüvə enerjisi ilə işləyəcək 12 yeni sualtı qayığın hazırla...

Hicama həqiqətən faydalıdır? - Həkimdən AÇIQLAMA

İslam dinində tövsiyə edilən və sağlamlığa faydaları ilə tanınan hicama terapiyası alternativ müalicə üsulu kimi həm tibbi, həm də dini baxımdan əhəmiyyət daşıy...

Rusiya milyarderlərinin sərvəti artıb - RƏQƏMLƏR

Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 22,547 milyard dollar artıb.   Sfera.az bu barədə “Bloomberg” agentliyinin dər...