Dağısı oğlu tərəfindən zorlanan qadına KÖMƏK gəldi - SOSium

Cəmiyyət
13:38 / 05.05.2017
915
BiG.AZ oxucularına təqdim etdiyimiz "SOSium” adlı yeni rubrikamıza müraciət edən insest qurbanı (insest - yaxın qan qohumluğu olanlar - valideyn-övlad, qardaş-bacı arasında cinsi əlaqə - red.) 30 yaşlı Xaçmaz rayon sakini Gülnaz Rəhimovanın harayına, imdadına "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi saytımız vasitəsilə çatıb.
Öncə xatırladaq ki, Gülnaz Rəhimova (ad-soyad şərtidir) dayısıoğlu tərəfindən 15 yaşı olanda zorlanıb. Daha sonra isə onlar 1 il ərzində seksual münasibətdə olublar. Bir ildən sonra isə dayısıoğlu ondan ayrılaraq, Rusiyaya gedib. 30 yaşına çatan Gülnazı atası ilə qardaşı ərə vermək istəyəndə, evdən qaçıb. Sumqayıta gələn Gülnaz kafedə işə düzəlib. Daha sonra isə əxlaqsız yola düşüb...
Xeyli müddətdən sonra isə o, belə həyatdan iyrənir, qurtulmaq istəyir. Və məktubla redaksiyamıza müraciət edir.
Onun müraciətindən sonra "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sayəsində G.Rəhimova sığınacaq evinə yerləşdilib. Onu ilk olaraq, psixoloqla görüşdürüblər, reabilitasiya alması üçün lazımi işlər görülür:
"Ona ilkin olaraq psixoloji yardım edildi. Xeyli söhbət etdik, xanım deyir ki, artıq əxlaqsız yola qayıtmaq istəmir. Elə hey deyir ki, atamla-qardaşım məni öldürəcək. Zamanla bu problemi də aradan qalxacaq, ilk başda zərərçəkənlərdə belə hallar olur. Bir məqamı da diqqətinizə çatdırım ki, Gülnaza məsələnin hüquqi tərəflərini izah edib, deyəndə ki dayıoğlundan şikayət edə bilərsən. O, bununla razılaşmadı. Söylədi ki, dayıoğlunun ailəsi var. Onsuz da mən bədbəxtəm, onun ailəsinin də eyni aqibəti yaşamağını istəmərəm”.
Sonda xatırladaq ki, məişət, seksual və sair xarakterli təcavüzə məruz qalan qadınlara və azyaşlılara kömək etməyə, mütəxəssislərin məsləhətlərini onlara çatdırmağa çalışacağıq.
Bir sözlə, "SOS" - deyib imdad istəyən hər kəs BiG.AZ vasitəsi ilə problemini həll etmiş olacaq.
İlk öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 7125666 nömrəsinə zəng vura bilərsiniz.