Azərbaycanda oxuduğunu iddia edən həkimin qurbanlarının VİDEOSU

Türkiyədə Azərbaycanda oxuduğu iddia edilən həkimin silikonla dodaqlarını məhv etdiyi yeni qurbanlar ortaya çıxıb.
Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, saç ustası olan Soner G-nin məsuliyyətsizliyinin qurbanları olan Celal və Güllü Sel jurnalistlərə açıqlama verib.
Ər-arvad olduqlarını deyən Celan və Güllü Soner G-nın onların başına oyun açdığını iddea ediblər.
Onlar silikon əməliyyatlarını izləyiciləri çox olduğu üçün "İnstagram"dan canlı yayınlayıblar.
"İzləyici sayım çox olduğu üçün ilk mesajı özü göndərdi. Bir həkimin yanında işlədiyini və mütəxəssis olduğunu dedi. Həyat yoldaşıma botoks etdi, mənim dodaqlarıma isə silikon vurdu. İlk dəfə bu qədər ağrı çəkdim. Çox inandırıcı danışırdı. Biz Sonerlə birlikdə gözəllik salonu açmaq istəyirdik. Elə həmin vaxt Merve məsələsi ortaya çıxdı. İnsanları inandırmaq qabiliyyəti çox güclüdür. Ona görə fikirləşirəm ki, başqa insanları da aldadıb", - deyə Güllü Sel bildirib.
Soner onlara da Azərbaycanda oxuduğunu və VİP xidmət göstərdiyini deyib.
Qeyd edək ki, bir müddət əvvəl 22 yaşlı Merve Keleş Adanada internetdə özünü mütəxəssis kimi təqdim edən saç ustası Soner G.-yə müraciət edib. Soner.G Azərbaycanda təhsil aldığını deyib. Dodaqlarından narazı olan gənc qız ilk olaraq 500 lirə (təqribən 260 manat) verərək təbii dolğu etdirib. Dolğu bir həftəyə əridiyi üçün o daha sonra 1000 lirə verərək silikon qoydurub. Saxta həkim klinikasının təmirdə olduğunu deyərək proseduru evində həyata keçirib.
Lakin onun dodaqlarına inyeksiya edilən və tərkibi bəlli olmayan maddə gözlənilən nəticəni verməyib.
Silikon yerləşdiriləndən yarım saat sonra qızın dodaqları şişib, yanmağa başlayıb. Bundan sonra tibb bacısı "həkim" haqqında polisə müraciət edib.
Soner G. isə qadın saç ustası olduğunu deyib, haqqındakı iddiaları təkzib edib. "Mən özümü estetik həkim kimi tanıtmamışam. Heç bir prosedur etməmişəm. Pul istədilər, vermədiyim üçün də iftira atırlar. Hətta şantaj ediblər".
Merve Kalaşın əməliyyatdan sonra çəkilən görüntüləri onun vəziyyətinin nə qədər ağır olduğunu ortaya qoyur. Qız həmin «həkimi» polisə şikayət etdiyini deyib.