Sünnət faciəsinin baş vermə səbəbi: İynəyə görə...

Sünnət faciəsinin baş vermə səbəbi: İynəyə görə...

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb.

"Trend”in məlumatına görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa "Novakain” dərmanının vurulmasından yaranıb:

"Ölüm qorxudan baş verməyib. Uşaqda "Novakain”ə qarşı reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

Qeyd edək ki, Masallının Musaküçə kəndində 5 yaşlı K.Hüseynov sünnət edilərkən dünyasını dəyişib. Onun ailənin tək uşağı olduğu bildirilir.


OXŞAR XƏBƏRLƏR