Logo

Azərbaycanda sevdiyi oğlanla qaçan qızın FACİƏVİ SONU

Azərbaycanda sevdiyi oğlanla qaçan qızın FACİƏVİ SONU
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Lerik rayonunda intihar hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə rayonun Kuman kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Qurbanova Gültamam Ağahəsən qızı yaşadığı evdə özünü zəhərləyərək intihar edib.

G.Qurbanovanın yaxınlarının verdiyi məlumatda bildirilib ki, bu ilin martın 20-də o, rayonun Şinqədulan kənd sakini olan oğlanla qaçıb. Onlar Bakının Binə qəsəbəsinə gediblər. Ailə üzvləri isə bu münasibətə qarşı çıxıblar. Buna görə də məsələ ilə bağlı polisə müraciət olunub. Polis həmin oğlanı saxlayıb. Qız da bundan intihar edib.

Faktla bağlı araşdırma aparılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR