Logo

​DİQQƏT: Dollarınızı manata çevirməyin! - Çünki ...

​DİQQƏT: Dollarınızı manata çevirməyin! - Çünki...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) iclasında uçot dərəcəsinin real durumu müzakirə edilib. FED uçot dərəcəsini 0,75-1% səviyyəsində saxlamaqla bağlı qərar qəbul edib.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, FED çox güman ki, payız aylarında faiz artımı edəcək:

"FED sonuncu dəfə ucot artımı zamanı bəyan etmişdi ki, bu il ərzində cəmi iki dəfə faiz artımı olacaq. Dünənki toplantıda faizin artma ehtimalı çox aşağı idi. Çox güman ki, payız aylarında faiz artımı olacaq. Ola bilər ki, iyun ayındakı toplantıda bir dəfə, noyabr və ya dekabr toplantılarında isə ikinci dəfə artım olsun.

FED-in faiz artırma qrafiki var. Onlar bu qrafikə uyğun hərəkət edir. Trampın atdığı addımların FED-in qərarına ciddi bir təsirinin olduğunu düşünmürəm. FED tamamilə müstəqil və prezidentdən asılı olmayan bir qurumdur. Onlar qərarları səs çoxluğu ilə qəbul edir. Dünənki qərara isə Amerikanın ümumi iqtisadi göstəricilərinin təsiri olub. Son bir ayda rəsmi rəqəmlər göstərir ki, Amerikada inkişaf tempinin sürəti aşağı düşüb. Ola bilər ki, FED-in qərarında bu amil önəmli rol oynaya bilsin.

İlin sonuna qədər...

İlin sonuna qədər faiz artımın olması çox yüksəkdir. Bunun dünyaya olduğu kimi, Azərbaycana da təsirləri qaçılmazdır. Azərbaycanda dolların məzənnəsi ölkədəki manat qıtlığı ilə bağlıdır. Bir müddət sonra, çox güman payız aylarına yaxın manat dövriyyəsinin sürətlənməsi və iqtisadi canlanma üçün addımlar atılacaq. Bu da manatın yenidən ucuzlaşmasına səbəb olacaq. Bunun başqa yolu yoxdur. Manatın ucuzlaşmasının tendensiyasını biz payız aylarında görəcəyik. Bu da FED-in faiz artımı ilə üst-üstə düşə bilər”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR