"WhatsApp"da yeni funksiya: Bir dəfə oxunan mesajlar

OS əməliyyat sistemi üçün hazırlanan versiyada yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.
Sfera.az xəbər verir ki, GSMArena-nın məlumatına görə, yeni funksiya istifadəçilərə yalnız bir dəfə oxuna bilən mətn mesajları göndərməyə imkan verəcək.
Bu funksiyadan istifadə etmək üçün göndərmə düyməsini basılı saxlamaq və "Bir dəfə baxış üçün göndər" seçimini aktivləşdirmək lazımdır. Mesaj açıldıqdan sonra avtomatik olaraq silinəcək.
Qeyd edək ki, "WhatsApp"da əvvəllər foto, video və səsli mesajlar üçün birdəfəlik baxış rejimi mövcud idi. Yeni yeniliklə bu imkan mətn mesajlarına da şamil ediləcək.
Ayın əvvəlində Android versiyasında test edilməyə başlayan funksiya artıq iOS platformasında da daxili sınaq mərhələsindədir. Özünü silən mətn mesajlarından həm fərdi, həm də qrup çatlarında istifadə etmək mümkün olacaq. Lakin bu funksiya kanallarda əlçatan olmayacaq.
Hazırda yenilik ictimai beta versiyada təqdim edilməyib və "WhatsApp" tərtibatçıları tərəfindən sınaqdan keçirilir./baku.ws
