Bakıda ŞOK: İki kişi evdə tək qalan gəlini şkafa salıb başına oyun açdılar

Cəmiyyət
16:38 / 03.05.2017
3199
Bakıda oğurluq hadisəsi baş verib.
BiG.AZ xəbər verir ki, hadisə ötən gün günorta saatlarında Binəqədi rayonu, İzlivnoy 1 küçəsində (Müşfiq DYP postunun yaxınlığı-red), fərdi yaşayış evində baş verib.
Belə ki, biologiya müəllimi Məmmədov Elxan Abbasəli oğluna aid olan mənzilə iki nəfər maskalı şəxs daxil olub. Onlar ev sahibəsinə zərbələr endirərək, onu evdə şkafa salıblar. Bu azmış kimi evdə ağlayan körpə uşağı da anasının qucağına veriblər. Naməlum şəxslərin zərbələrindən ev sahibəsi ağır bədən xəsarəti alıb. Bundan sonra maskalı şəxslər evdə olan qızıl-zinət və digər əşyaları götürərək hadisə yerindən qaçıb. Hazırdaxəsarət alan gəlin xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı polis araşdırma aparır.