DİQQƏT: Bakıda manyak peyda oldu - Qızlara hücum edir, başına vurur və...

Cəmiyyət
14:58 / 03.05.2017
1244
Sosial şəbəkələrdə Bakıda manyak peyda olması ilə bağlı xəbərlər yayılıb.
Metbuat.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindan biri Nizami rayonu, Qara Qarayev prospektində belə hadisənin şahidi olduğunu yazəb.
"Kimliyi bəlli olmayan şəxslər iki gün əvvəl axşamüstü bir qızın başına şüşə butulka ilə vuraraq, onun çantasını oğurlayıblar. Digər hadisə isə ötən gün günörta vaxtı baş verib. Bu dəfə isə başqa bir qızın başına dəmirlə vuraraq, yenə çantanı aparıblar".
Faktı dəqiqləşdirmək üçün Nizami Rayon Polis İdarəsi (NRPİ) ilə əlaqə saxladıq. Lakin NRPİ-dən bu barədə məlumat verilmədi. Daxili İşlər Nazirliyindən də sualımızı cavablandıran olmadı.