"Ana-balanı verirdik, 150 manat alırdıq" - At oğruları saxlanıldı - VİDEO

Abşeron rayon polis idarəsinin növbətçi hissəsinə, Qobu qəsəbəsi sakinləri tərəfindən şikayət xarakterli məktub daxil olub.

Vətəndaşalar son 2 ay müddətində otlaq sahəsindən 10-a yaxın atın yoxa çıxmasını bildiriblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq atların, Salyan bazarında satılması müəyyənləşdirilib.

Satıcı Fizuli Babayev ilkin ifadəsi zamanı heyvandarlıqla məşğul olduğunu, atları isə Arif, Xanqulu və Sədrəddin adlı şəxslərdən aldığını deyib.

Fizuli Babayev – Şahid: "Mən Arif və Sədrəddinlə 4 dəfə görüşmüşəm. 10 at gətiriblər. Bərdə də və Salyanda satmışam. 150 və 200 manata almışam. 150-ə aldığımı 200-ə, 200-ə aldığımı, 250-ə satmışam. 10 dənəsinin 1-i də boğularaq ölüb”.

Baxmayaraq ki, Fizuli Babayev şəxslərdən 10 at aldığını qeyd etdi, amma saxlanılan şəxslər cəmi 6 at satdıqlarını bildiriblər.

Arif Əliyev – Saxlanılan şəxs: "6-7 at gətirib, Lökbatanda Fizuli adlı şəxsə verdik. Ana-balanı verirdik, 150 manat alırdıq”.

Xanqulu Mirzəyev – Saxlanılan şəxs: "3 nəfər olmuşuq, 2 nəfər gedib at gətirirdik. Hərəyə 2 atı 150 manatdan satmışıq. Yeyəsi yanında yox idi deyə, götürüb satmışıq”.

Faktla bağlı Abşeron rayon polis şöbəsində, cinayət məcəlləsinin oğurluq maddəsilə başlayan cinayət işi üzrə araşdırmalar davam edir.

mənbə: ARB

 

OXŞAR XƏBƏRLƏR