Azərbaycanın İslamiadadakı bayraqdarının ADI AÇIQLANDI

Azərbaycanın İslamiadadakı bayraqdarının ADI AÇIQLANDI

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın bayraqdarı müəyyənləşib.

Sfera.a report.az-a istinadən bildirir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə verib. 

Onun sözlərinə görə, mayın 12-də keçiriləcək açılış mərasimində nümayəndə heyətinin önündə karateçi Rafael Ağayev gedəcək. 

Lakin Ç.Hüseynzadə bayraqdarın dəyişilə biləcəyini istisna etməyib: "Mən Rafaelin özü ilə də danışmışam. Açılış mərasiminin ertəsi - mayın 13-də Ağayev çıxış edəcək. Bunu nəzərə alaraq bayraqdarın dəyişilmə ehtimalı var. Amma 90 faiz Rafaeldir. Burada komandaya ziyan dəyəcək məqam olsa, ola bilər onu dəyişək".

R.Ağayev isə "Report"a bayraqdar olacağını Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovdan eşitdiyini söyləyib. 

 
 
 
 
 

32 yaşlı idmançı bu missiyanı yerinə yetirməyə hazır olduğunu vurğulayıb: "Artıq İslamiadaya tam hazıram. Açılış mərasiminin ertəsi döyüşə çıxmağımda heç bir problem yoxdur. Bayraqdar olmaq şərəfi hər adama nəsib olmur. Belə şərəfli missiyanı mənə həvalə edirlərsə, can-başla yerinə yetirməyə hazıram".

Qeyd edək ki, Rafael Ağayev 5 qat dünya və 10 qat Avropa çempionudur. O, "Bakı 2015" I Avropa Oyunlarında da qalib olub.


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...