Azərbaycanlı gənc özü düzəltdiyi “Ferrari”ni 35 min manata satır – VİDEO

Azərbaycanlı gənc özü düzəltdiyi “Ferrari”ni 35 min manata satır – VİDEO

Məşhur avtomobillərin modellərini hazırlayan Sübhan Sadıqov, indi onları satır. Buna səbəb isə gənc mühəndisin yeni avtomobil düzəltmək üçün maddi vəsaitinin olmamasıdır. Digər problem isə sənədləşdirmə ilə bağlıdır.

Sfera.az Xezer TV-yə istinadən məlumat verir ki, Sübhanın hazırladığı avtomobillər milyonlarla dollar qiyməti olan "Ferrari”ni və "Lotus”un bənzərləridir.

Sübhan Sadıqov avtomobilləri hazırlamağa uzun müddət vaxtının getdiyini, hazırda isə başqa bir model üzərində çalışdığı üçün maddi problemlər yaşadığını deyir. 

Birini "BMV”, digərini isə "VAZ 2107” mühərriki ilə yığan Sübhan avtomobillərin zavod istehsalı olan nəqliyyat vasitələrindən heç də geri qalmadığını bildirir. 

Avtomobilləri şəhər yollarında sürməyə icazə olmadığından onlar suvenir kimi satılır. Qiymətləri isə 6 milyonluq real "Formula -1” avtomobilindən 200 dəfə ucuz - 35 min manatadır.

Sübhan maddi çətinliklərə baxmayaraq, yeni modeli ərsəyə gətirməkdə israrlıdır. Onun sözlərinə görə, hazırladığı yeni model avtomobil bu iki avtomobildən daha fərqli olacaq.


OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...