Deputatlar etiraz edir: "Parlamentin qərarı ilə necə mandat itirə bilərik?" - YENİLƏNİB

Deputatlar etiraz edir:

15:14

"Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən iclasında deputatların narazılığına səbəb olub.
 
Sfera.az APA-ya istinadən xəbər verir ki, deputat Zahid Oruc deyib ki, deputat mandatını parlamentdə itirəcəksə, deməli, məhkəmənin səlahiyyətləri mənimsənilir: "Biz məhkəmənin qərarı ilə fəaliyyətə başlamışıq, parlamentin qərarı ilə necə mandat itirə bilərik?"
 
Deputat bu halın parlamentin nüfuzuna zərər gətirəcəyini bildirib. Deputat onu da deyib ki, insan azadlıqları ilə bağlı öndə olan ölkələrdə deputatın davranış qaydası ilə bağlı qanun yoxdur.
 
Deputat Tahir Kərimli də layihəyə etiraz edib. O ən yumşaq halda qanun layihəsinin 5, 6, 10 və 11-ci maddələrinin dəyişdirilməsini istəyib. Bu layihələr deputatın fəaliyyəti, mandatdan məhrum edilməsi, kobud pozuntulara görə xəbərdarlıq və hədiyyələr almaqla bağlıdır.
 
"Biz indi necə bilək ki, hansı hərəkətimiz pozuntudur, hansı yox", - deyə T. Kərimli qeyd edib
 
Deputat Fərəc Quliyev də qanun layihəsinə etiraz edərək, həmkarlarının fikirlərinə şərik olduğunu bildirib. O, layihədə deputatı kiçildən məqamların olduğunu bildirib. F. Quliyev daha çox deputatın hədiyyə götürməsi ilə bağlı maddəyə etiraz edib.
 
Müzakirələr davam edir.

------------

11:57

 

"Azərbaycan Respublikası Milli Məclis deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasının gündəliyindən çıxarılıb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, layihə əvvəldən iclasın gündəliyinə salınaraq, təsdiqlənib. Layihənin bugünkü plenar iclasın gündəliyindən çıxarılma səbəbi açıqlanmır.
 
Xatırladaq ki, qeyd olunan layihənin komitələrin birgə iclasında müzakirəsi zamanı bəzi fikir ayrılıqlarına səbəb olmuşdu. 


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...