Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb - FOTO

Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb - FOTO
Mayın 2-də Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Milli.az Trend-ə istinadən xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar.

Memorandum sosial, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlığı əhatə edəcək.

İmzalanma mərasimində, həmçinin Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasına əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib. Bildirilib ki, bu əməkdaşlıq Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək, qarşılıqlı anlaşma və etimadın dərinləşməsinə töhfə verəcək. Qeyd edilib ki, gələcəkdə həm Heydər Əliyev Fondu, həm Qazaxıstanın Birinci Prezident Fondu arasında ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində işlər görüləcək, uğurlu layihələrə imza atılacaq.

Hər iki fondun fəaliyyəti ümumilikdə eyni sahələri əhatə etdiyinə görə gələcəkdə birgə beynəlxalq layihələrin də reallaşdırılmasına nail olunacağı vurğulanıb.

Daha sonra Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Mərkəzindəki sərgi zalları və Heydər Əliyev Muzeyi ilə tanış olub.

Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini də ziyarət edəcək, burada Fond tərəfindən həyata keçirilən layihələrlə tanış olacaqlar.
 


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...