Sosial evlərə sahib olmaq istəyənlər DİQQƏT: - Təxirə salındı

Sosial evlərə sahib olmaq istəyənlər DİQQƏT: - Təxirə salındı

Sosial evlərə sahib olmaq istəyənlərin mayın 1-dən elektron müraciət edə biləcəkləri açıqlansa da, hələlik vətəndaşlar gözləmə mövqeyindədirlər.

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətindən modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərəncamda olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil" elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq.

"MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə "Elektron hökumət" portalında yaradılacaq "Güzəştli mənzil" elektron sisteminin istifadəyə verilməsi ilə bağlı hazırlıq işləri tamamlanmaq üzrədir.

Ötən müddət ərzində aidiyyəti dövlət orqanları ilə təşkil olunmuş səmərəli əməkdaşlıq nəticəsində güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib. Eyni zamanda, təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil" sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin aşağıdakı kateqoriyaları üzrə qruplaşdırılıb.

 

Bunlar gənc ailənin üzvü olan şəxslər: şəhid ailəsinin üzvü (əri/arvadı, övladları), Milli Qəhrəman (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs, ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) olanlardır.

Qeyd edək ki, gənc ailə üçün yaş həddi 35-dir.

Eyni zamanda, elmlər doktoru elmi dərəcəsi olan şəxs, ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs, ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslər də bu imkandan yararlana biləcəklər.


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...