Oqtay Əsədov: "Ay Zahid, heç qorxağa oxşamırsan!"

Oqtay Əsədov:
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunur.

Müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deputat mandatından məhrumolma maddəsinə etirazını bildirib:

"Əgər deputat mandatını itirəcəksə, bu o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəyirik. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.
Z.Oruc xarici ölkələrdən də nümunə gətirib:

"Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq kimsə onu tərbiyəsizlikdə günahlandırmadı. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getməkdir, mikrafonu boş qoymamaqdır və sairə”

Deputat parlament üzvünün etikasına görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirilməsini düzgün saymadığını söyləyib:
"Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.
Spiker Oqtay Əsədov isə Zahid Orucun fikirlərinə belə cavab verib:
"Ay Zahid, heç qorxağa oxşamırsan! Hər zaman da danışırsan”.

mənbə: publika.az

OXŞAR XƏBƏRLƏR

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...

“Simpsonlar”dan qorxulu proqnoz - Ekoloji fəlakət olacaq?

Dünyada baş verəcək hadisələri əvvəlcədən proqnozlaşdırması ilə tanınan məşhur “Simpsonlar” animasiya serialının 2025-ci ilə dair kəhanətləri ortaya...